image-2000x150
image-sebine-xasayeva-ggbackend

Ana adına ehtiram bayramı

image-728x90

Cəmiyyət müxtəlif peşələrin birgə fəaliyyəti ilə dövlətçiliyə xidmət deməkdir. Min illərdi belə olub. İndi də belədir.
Qadınların cəmiyyətin inkişafında, formalaşmasında xidmətləri danılmazdır. Bərdə hökm¬da¬rı Nüşabə fateh İsgəndəri kəskin düşüncəsi, güclü məntiqi, dövlətinə sonsuz sədaqəti ilə sus¬durmuş, hərbi əməliyyat aparmasının qarşısını almışdı. Hələ Ağqoyunlular dövründə Uzun Hə¬sənin anası Sara xatun yüksək diplomatik təxəyyülü ilə dövləti labüd işğaldan xilas etmişdi. Son¬¬ralar neşə-neçə qəhrəman qadın el üçün, xalq üçün silaha sarılmışdı. Böyük Vətən mühari¬bəsində yüzlərlə azərbaycanlı qız döyüşən orduda xidmət etmişdi, yüksək dövlət mükafatlarına layiq gö¬rül¬müşdü…

Qadın həkimdir, qadın müəllimdir, qadın məmurdur, qadın dövlət xadimidir, ən başlıcası qa¬dın Anadır. O, Ana olaraq ali vəzifələr yerinə yetirir, cəmiyyət üçün layiqli vətəndaşlar tərbi¬yə edir. İstər Birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ müharibəsində rəşadətlə dö-yüşənlərimiz Vətən qarşısında borcunu yerinə yetiridi. Bu borcu yerinə yetirənlər üçün bir mü¬qəddəs niyyət olub: Ana dediyimiz Vətənin torpaqlarını işğaldan azad etmək. İkinci Qara¬bağ müharibəsində Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Ko¬man¬dan cənab İlham Əliyevin sərkərdəliyi ilə döyüşləri Zəfərlə başa çatdırdı.
Azərbaycan qalib dövlət kimi işğalın nəticələrini aradan qaldırır. Analar Azərbaycan döv¬lə¬tinin daxili siyasətini, birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ana tövsiyələrini yük¬sək mənəvi məsuliyyətlə yerinə yetirir, övladlarını bu ruhda böyüdür, hərbi xidmətə bu ruhda yola salır. Bunun nəticəsidir ki, onlar Vətəni qətiyyətlə qoruyurlar…

Müəllim – qadın, həkim – qadın, alim – qadın, jurnalist – qadın, hərbçi – qadın, … Azər¬bay¬can qa¬¬dınıdır. Harda işləməsindən asılı olmayaraq Azərbaycanı təmsil edir. Həm də böyük sevgilərlə təmsil edir…
8 Mart Beynəlxalq Qadınlar Bayramıdır. Bu bayramı Azərbaycan cəmiyyəti qadınlara ehti¬ram bayramı kimi qeyd edir. Bu ehtiram Ana adına, deməli, Vətənə ehtiramdır. Bayramınız mü¬ba¬rək, əziz qadınlar! Hər birinizə can sağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram!

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90