image-2000x150
image-7backend

Zamanın partiyası

image-728x90

Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi,həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir.

Yeni Azərbaycan Partiyasının yaradılması ötən əsrin 90-cı illərinin əvvəllərindəki gərgin ictimai-siyasi şəraitdən qaynaqlanıb. Həmin vaxt cərəyan edən ağrılı-acılı hadisələr respublikada böhranlı şərait yaratmışdı. Mövcud hakimiyyətin yarıtmaz fəaliyyəti ölkəni dərin uçurumla üz-üzə qoymuşdu. Həmin dövrdə bütün diqqət ulu öndər Heydər Əliyevə yönəlmişdi. Xalq Azərbaycanı bu ağır şəraitdən çıxarmağın, müstəqilliyin itirilməsi təhlükəsini aradan qaldırmağın yeganə yolunu dahi şəxsiyyəti hakimiyyətə gətirməkdə görürdü. Məhz YAP-ın yaradılması da bu reallıqdan irəli gəlirdi. Ümummilli lider Heydər Əliyev partiya yarandıqdan 6 ay sonra çoxsaylı çağırışları cavabsız qoymayaraq, hakimiyyətə gəldi və az bir müddət ərzində ölkədə siyasi sabitlik təmin edildi, atəşkəsə nail olundu, insanların sosial rifahının gerçəkləşməsi istiqamətində önəmli addımlar atıldı. Ordu quruculuğu prosesinə başlanıldı. “Əsrin müqaviləsi”nin imzalanması isə dahi şəxsiyyətin apardığı müdrik siyasətin ən bariz nümunəsi idi. Bu addımla xalqımızın sosial rifahında böyük dəyişikliklər baş verdi.

1992-ci ilin 21 noyabrında təsis edilən Yeni Azərbaycan Partiyası qısa zaman ərzində iqtidar partiyasına çevrilərək uzun inkişaf tarixi yol qət etmişdir. Ulu Öndər Heydər Əliyevin siyasi yolunu 2003-cü ildən sonra layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin  əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, YAP-ın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdi. Bu mənada YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətlərini, uzaqgörənliyini şərtləndirdi.

Bu gün birmənalı olaraq qeyd edə bilərik ki, Prezident İlham Əliyevin dialoq siyasəti YAP-ın fəaliyyətində öz inkişafını tapır. Bu gün Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyadır.

Ümumiyyətlə, peşəkarlıq, dövlətçilik və vətənpərvərlik YAP-da aparılan yeni kadr siyasətinin əsas meyarlarıdır. 2021-ci il sentyabr 10-da və 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilib. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunub.

Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxsaylı nailiyyətlərə imza atan Yeni Azərbaycan Partiyası yeni mərhələdə – bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə, şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verəcəkdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP tarixi məsuliyyət anlarında öz sözünü deyəcək – ümumxalq partiyası olduğunu hər zaman təsdiqləyəcək!

Leyla Haşumova

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90