image-2000x150
image-222backend

YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir  

image-728x90

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası son 19 ildə bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, yeni-yeni hədəflərə doğru inamla addımlamışdır.

Cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyası bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirir. Hər zaman vurğulandığı kimi, bu, sadəcə bir statistika deyil, xalqımızın Azərbaycanın dünəninin, bu gününün və sabahının əsası kimi dəyərləndirilən Heydər Əliyev ideyalarına sadiqliyinin, Prezident İlham Əliyevin uğurlu siyasətinə dəstəyinin ifadəsidir.

Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə Azərbaycanın daha da güclənməsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə, xalqımızın rifahının yaxşılaşmasına öz töhfələrini verməyə səy göstərir. Partiyanın tutduğu yola sadiqliyinə, dövlətə, xalqa bağlılığına və xidmətinə söykənərək ulu öndər Heydər Əliyev bildirmişdir ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir.

Yeni Azərbaycan Partiyasının əsas hədəflərindən biri Azərbaycan həqiqətlərini, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq, tarixi ədalətin bərpasına, ərazi bütövlüyümüzün təmin edilməsinə nail olmaq idi. Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrün uğurlarının, keçilən yolun bələdçisi olan Yeni Azərbaycan Partiyasının hər bir üzvü İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə Azərbaycan Ordusunun yazdığı tarixə  şahidlik etdi. Cəbhədən gələn qələbə müjdələri partiyanın çoxminli üzvləri tərəfindən böyük coşqu ilə qarşılandı. 2020-ci il noyabrın 10-da Yeni Azərbaycan Partiyasının qərargahının qarşısında möhtəşəm Qələbəmiz münasibətilə təşkil olunan tədbirdə bir daha vurğulandı ki, tarixi Zəfərimiz Azərbaycanın gücünün, qüdrətinin, Ordumuzun dünyanın ən güclü ordusu, xalqımızın yenilməz, məğrur xalq olduğunun dünyaya təqdimatı oldu. Bu Qələbə harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların, o cümlədən siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər kəsin birliyinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə hənrəyliyinin nümayişi oldu. Hər bir dövlətin əsas missiyalarından biri öz torpaqlarının təhlükəsizliyini təmin etməkdir ki, Azərbaycan dövləti də bunu bacardı. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün Azərbaycan xalqının böyük coşqu ilə qeyd etdiyi Qələbəmizin müəllifi ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir.

Cənab İlham Əliyevin Heydər Əliyev siyasi kursuna sadiqliyini təsdiqləyən çox mühüm amillərdən biri Onun ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasına uğurlu rəhbərlik etməsidir. Xatırlatmaq lazımdır ki, Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında partiyanın yeni Sədri – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçilib. Əlbəttə, cənab İlham Əliyevin həm Azərbaycan Prezidenti, həm də Yeni Azərbaycan Partiyasının Sədri kimi məqsədyönlü fəaliyyəti milli məzmun və xarakter daşıyır, Azərbaycanın inkişafına xidmət edir, milli intibah və tərəqqinin əsasını təşkil edir. Təbii ki, bu fəaliyyət çərçivəsində Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafına müstəsna, layiqli töhfələr verməsi də xüsusi vurğulanmalıdır.

Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası ötən müddət ərzində Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli inkişaf yolu keçib, çox mühüm, tarixi əhəmiyyətə malik nailiyyətlər qazanıb. Ən əsası, Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycanın siyasi sistemini formalaşdırıb, siyasi mədəniyyətin təşəkkülünü təmin edib. Bu gün Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə nəinki Azərbaycanın siyasi palitrasının, eyni zamanda, regionun ən böyük və güclü partiyasıdır. YAP, eyni zamanda, mütərəqqi ideyalarla çıxış edən – yenilikçi siyasi qüvvə kimi fərqlənir. Özündə yüksək intellektual potensialı birləşdirən partiyanın fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirdiyini qeyd etmək lazımdır. YAP bu gün istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai, siyasi fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə mühüm işlər görür.

Yeni Azərbaycan Partiyası, həmçinin islahatlar vasitəsilə inkişafı təmin edir. Daxili struktur-təşkilati reformalar da bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə YAP-da köklü islahatlara başlanılıb. 2021-ci ilin 5 mart tarixində partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olunub və bununla da partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilib, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparat yaradılıb. Partiyanın yeni proqramının hazırlanması üzrə işlərə və kadr islahatlarına başlanılıb. Şübhəsiz ki, partiyamızın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, bütövlükdə isə, ölkəmizin tərəqqisinə yeni təkan olacaq. Bütövlükdə, VII qurultay həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafında yeni mərhələnin əsasının qoyulması baxımından müstəsna əhəmiyyətə malikdir.

 

 

Azərbaycan Dillər Universitetinin TGT  nəznində AUL TEDx təşkilatının fotoqraf və dizayneri

Əskərazdə Toğrul

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90