image-2000x150
image-1backend

Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmışlar

image-728x90

Qadın olmaq çox böyük güc tələb edir. Qadın ana, bacı ,həkim, həyat yoldaşı, müəllim, mühəndis və s. kimi müxtəlif dövrlərdə müxtəlif statusa sahib olur. Qadın hər şeydən öncə öz ayaqları üzərində dura bilməlidir. Öz təhsili, geyimi, zəkası ilə hər kəsə meydan oxumalıdır. Hər istiqamətdə özünü sınaya bilər. Hər zaman ən yaxşısı olmağı bacara bilər. Yetər ki qadın bunu istəsin, öz gücünü ortaya qoymağı qarşısına hədəf qoysun. Dünyada o  qədər qadın var ki, zorakılıqların qurbanına çevrilib və çevrilir. Çox təəssüf ki, bunun qarşısını nə qədər də istəsək ala bilmirik..
Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyini nümayiş etdirərək  tanınmış, ölkənin ictimai-siyasi, mədəni həyatında çox fəal iştirak edərək, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirmişdir.Bununla bərabər döyüş meydanlarında da böyük şücaət göstərmişdir.
Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasının qoyulmasında  Ümummilli lider Heydər Əliyevin böyük rolu olmuşdur. O, qadın şəxsiyyətinə dərin  hörmət və ehtiramla  yanaşırdı. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmaqla yanaşı ,onların hərtərəfli fəaliyyətinə öz töhfəsini verməklə bərabər,lider qadınlar yetişdirməyə nail oldu.
Azərbaycanda isə bu gün qadınlar öz azad hüquqlarına malikdir.Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevrilməyi bacarıblar. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi,əzmi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxmağı bacara bilib.
Təqdirəlayiqdir haldır ki, qadınlarımız doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dönəmdə gənc nəslimizin  vətənpərvərlik ruhunda tərbiyə olunmasında və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsində əlindən gələni əsirgəməmiş və  üzərlərinə düşən bu  ağır vəzifəni şərəflə yerinə yetirməyi bacarmışlar. Məhz bizim  qadınlarımızın tərbiyə etdiyi bu övladlar cənab Prezident İlham Əliyevin Ali Baş komandanlığı altında torpaqlarımızı mənfur düşmənin əlindən azad etdilər.Belə Azərbaycan qadınları ilə sadəcə fəxr etmək olar. Yaxşı ki belə qadınlarımız var. Hər sahədə peşəkar, öz işini layiqincə görən, cəmiyyətimizin formalaşmasına öz töhfəsini verən qadınlarımız.
Azərbaycan qadını milli-mənəvi dəyərlərə bağlı olaraq  daim yüksək mənəvi idealların, nəcib, xeyirxah təşəbbüslərin icrasında çıxış etmişdir. Bütün dünyada sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasına çalışmışdır. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanmaqla  ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başladılar. Azərbaycan qadınları sürətlə maariflənir. Keçmişimizin unudulmaz səhifələrindəmöhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimiz vardır.Yüksək ləyaqətin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları olan xanımlarımız öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət göstərirlər.Tarix boyu ləyaqətini uca tutan Azərbaycan qadını mübarizliyi iləölkənin ictimai-siyasi, mədəni həyatında fəal olmuşdur. Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə bərabər  döyüş meydanlarında da şücaət göstərərək  öz gücləri ilə dünyaya səs salıblar .

8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək, əziz xanımlar!

Mamedova Fəridə
Azərbaycan Dövlət Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90