image-2000x150
image-2backend

Qanlı faciə

image-728x90

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. 1918-ci ilin mart qırğınları millətçi ermənilər tərəfindən azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət idi. 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla törədilən bu kütləvi qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksütyun partiyasının 4000 silahlı əsgəri iştirak edib. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16 mindən artıq insan öldürüldü. Ermənilər, həmçinin Qubada yaşayan yerli yəhudi və ləzgilərə qarşı qətliam törətdilər. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir.

Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Belə ki, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırılmış, Bakıda ən iri məscid bombalanmışdı. Bakıda İsmailiyyə Xeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar Sarayı ansambılına daxil olan ХIV əsrdə tikilmiş Keyqubad məscidi, oktyabr ayında Cənubi Azərbaycandakı avşarların məskun olduğu Urmiya şəhərinin abidələrini rus əsgərləri ermənilərlə birlikdə yandırıb külə döndərmişdilər Bununla əlaqədar olaraq, Fövqəladə İstintaq Komissiyasının sənədləri içərisində çoxsaylı materiallar vardı.

Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.

1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.

Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və hazırda azərbaycanlıların qırğın və etnik təmizləmələr məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.2013-cü ildə, İlham Əliyevin qərarı ilə, soyqırımda öldürülənlərin xatirəsinə Quba Soyqırımı Memorial Kompleksi yaradılmışdır.

 

Əsgərzadə Toğrul –

Azərbaycan Dillər Universiteti TGT nəzdində TEDx-in fotoqraf dizayneri.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90