image-2000x150
image-bez-nazvaniyabackend

Onların fəaliyyəti Vətənə məhəbbət, dövəltçiliyimizə sədaqət və xalqımıza qüsursuz xidmətə əsaslanır

image-728x90
Bu gün Real TV- nin efirə başlamasından 5 il keçir. 5 il çox da uzun müddət deyil, amma hərdən adama elə gəlir ki, Real TV lap çoxdan fəaliyyət göstərir və artıq çoxdan cəmiyyətin intellektual kəsiminin köhnə dostuna çevrilib. Burada “Hər şeyin təzəsi, dostun köhnəsi“ ifadəsi yada düşür. Real TV cəmi 5 illik fəaliyyəti müddətində öz tamaşaçılarına köhnə dost qədər doğmalaşa bilib. Cəmi 5 il ərzində tamaşaçıların birinci seçiminə çevrilməyi bacarmış Real TV onu ərsəyə gətirən və yaşadan yaradıcı kollektivin peşəkar işgüzarlığı, öz peşəsinin bütün kanonlarına sədaqəti və öz işinə məhəbbəti sayəsində belə bir imicə sahiblənib.
Real TV özünün fəaliyyət tərzinə və peşə etikasına görə müstəqil, qərəzsiz və obyektiv televizionçuluğun etalonu sayıla bilər. İctimai-siyasi, iqtisadi-sosial və mədəni həyatın bütün sahələrində baş verən diqqətəlayiq hadisələrin operativ şəkildə işıqlandırılması və bu hadisələrə ictimai maraq bucağından obyektiv şərhlərin təqdimatı ilə tamaşaçıların sağlam informasiya tələbatının peşəkar səviyyədə təmin olunması Real TV- ni digər televiziya kanallarından fərqləndirən başlıca xüsusiyyətlərdir. Belə bir təkrarsız uğurun qazanılmasında ölkəmizdə ilk müstəqil televiziyanın yaradıcılarından biri olan Mirşahinin və onun ideyası ətrafında birləşib əzmkarlıqla çalışan hər bir şəxsin gərgin əməyi və fədakar fəaliyyəti dayanır.
Onların fəaliyyəti Vətənə məhəbbət, dövəltçiliyimizə sədaqət və xalqımıza qüsursuz xidmətə əsaslanır və belə bir fəaliyyət yalnız alqışa və ən xoş təriflərə layiqdir.
Belə bir xoş gündə Real TV kollektivini 5 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, kollektivin bütün üzvlərinə möhkəm can sağlığı, davamlı uğurlar, xoşbəxtlik və səadət arzulayıram.
Cavanşir Feyziyev
Millət vəkili
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90