image-2000x150
image-26209ed5-e2f2-4273-b7d5-c0d9cceb7533-1backend

Novruz siyasətdə də bayramlaşma təcrübəsinə səbəb olmuşdur

image-728x90

 Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.

Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır.

Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətinin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür.

Novruz qədim tarixə və milli-mədəni dəyərlərə malik olan milli bayramımızdır. Əsrlər boyu, tarixin müxtəlif dövlərində Novruz milli adət, ənənələrimizi özündə ehtiva etməklə xalqımızın mədəni həyatında böyük əhəmiyyət kəsb etmişdir.

Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna mövqeyə malikdir.

Qədim dövrlərdən xalqımız təbiətin oyanışını, baharın gəlişini Novruz bayramı kimi qeyd etmişlər. Azərbaycanın ən qədim mədəniyyət dövrünə aid olan Novruz ulu babalarımızın yaşadığı zamanlardan başlayaraq, xalqımızın həyatında unudulmaz bir yer tutmuşdur. Azərbaycan xalqı bu bayramı həmişə digər bayramlardan üstün tutmuşdur.

Sovetlər dönəmində xalqımızın milli, mədəni və tarixi irsinin məhv edilməsi məqsədi ilə milli bayramımız olan Novruzun qeyd olunması rəsmi qaydada qadağan olunmuşdur. Lakin Ümummilli liderimiz Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq xalqımızın mədəni irsinin qorunmasını hər zaman ön plana çəkmişdir.

Xüsusilə vurğulamaq lazımdır ki, 1969-cu ildə Ulu öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi xalqımızın milli-mənəvi dəyərləri kimi Novruz bayramına da rəsmi səviyyədə münasibəti dəyişdi.

Ötən əsrin 90-cı illərindən başlayaraq Ulu öndər Heydər Əliyevin Novruzun xalqın milli bayramı kimi dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı tarixi sərəncamından sonra bayram dəyərlərinə qayıdış güclənib genişləndi və cəmiyyətin həyatına nüfuz etməyə başladı.

“Novruz bizim ümummilli bayramımızdır. Müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz!” kəlamını söyləmiş Ümummilli lider Heydər Əliyev xalqımızın milli və mədəni irsinin qorunub saxlanılmasına xüsusi diqqət və qayğı ilə yanaşmışdır.

Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qymətləndirib.

Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində yüzlərlə ailəni sevindirir. Ölkə başçısı tərəfindən ənənəvi olaraq, imzalanan Əfv Sərəncamı Azərbaycan dövlətinin humanizm siyasətinin növbəti təzahürüdür.

Hələ 1998-ci ildə keçirilən Novruz şənliyində ulu öndər Heydər Əliyev öz təbrik nitqində yaxın gələcəkdə Novruz bayramının işğal olunmuş ərazilərimizdə keçiriləcəyini bildirmişdir və bu arzu, istək Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində gerçəkləşdi, 44 günlük şanlı Vətən Müharibəsində torpaqlarımız düşmən tapdağından azad edildi.

Böyük qürur hissi ilə deyə bilərik ki, artıq Novruz tonqallarımız Şuşada, Ağdamda, Laçında, Qubadlıda və digər işğaldan azad olunan ərazilərimizdə qeyd olunur. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərimizə isə cansağlığı arzulayırıq.

 

 

 

Qürbətova Nərmin Azad qızı

Azərbaycan Dövlər Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90