image-2000x150
image-1backend

Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadının və müdrikliyini təcəssüm etdirir

image-728x90

Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb,yaşayıb,orada vəfat edib və dəfn olunub;
“əl süfrəsindən yox,” ruzini verən Uca Allahdan gözləyib.
Təvazökarlıqla eyni mənbədən gələn gözütoxluq şairə məxsus olan bir məziyyətdir. Onun nəzərində hər bir adam ancaq öz gözütoxluğu ilə əsl böyüklüyünü tapır və yalnız xalqa möhtac olmadıqca azadlığın həqiqi zövqünü dadır. Nizami Gəncəvi dövrünün şairlərindən fərqli olaraq hökmdarların qapılarından uzaqlaşıb təvazökar bir həyat tərzində yaşayıb. Dünya şöhrətli şair bu hərəkətin hikmətini belə şərh edir: “Padşahın verdiyi maaşdan imtina et, bundan gələcək şey bədbəxtlik və avaralıqdan ibarətdir. Padşahla oturub-durmaqdan çəkin, çünki bu pambıqla odun münasibətinə bənzər. Od nə qədər parlaq olsa da, salamatlıq oddan uzaqlarda olar. Pərvanə şamın işığına can ataraq ona yaxınlaşdıqda yanar.”
Şair “Xosrov və Şirin” və “Yeddi gözəl” kimi saray həyatı ilə “çalğı” və “içki” məclislərinin incəliklərinə varıncaya qədər ən parlaq təsvirlərini verə bildiyi halda, belə işrət məclislərinə getməyib, ömründə bir dəfə də olsun ağzına “içki” almayıb və ya öz ifadəsi ilə desək, o, “dodağı ilə ətəyini şəraba bulaşdırmayıbdır.” Bu dediklərimizi həm şair özü poemalarında qeyd edib, həm də onun həyatı haqqında məlumat verən alimlər bir ağızdan təsdiq ediblər. Belə ki, “İskəndərnamə”nin müqəddiməsində ilham qaynağı olan Xızır peyğəmbərə xitab etdiyi beytlərdə bu misralar vardır:
Ey mübarək Xızırım, sanma ki, mən,
Meyi qəsd etmədəyəm “mey” derkən.
Dediyim meylə özümdən keçərəm,
Bu keçişlə o gedər, aləm edərəm.
Tanrının vədi mənim saqimdir,
Qədəhim cəzbə, meyim sevgimdir.
Tutduğum haqq yola and olsun kim,
Dəyməmişdir meyə ağzım, ətəyim.
Şairin səmimi şərhinə görə, haram olmayan ağıla pozğunluq deyil, ancaq aydınlıq verən ilahi bir şərabdır – elə bir şərab ki, onun verdiyi sərxoşluq cazibəsi ilə şair özündən 800 il sonra belə oxucularını öz sənətinin cana hopan nəşəsi ilə “məsti-bihuş” etməkdədir.
Dahi şair “İskəndərnamə”də öz vəziyyətini təsvir edərkən bildirir ki, o, “Allaha sığınmaqdan başqa qayğısı olmayan bir mütəfəkkirdir” və sonra özünü məşhur yunan filosofu Sokrata bənzədir. İnzivada yaşayan şair ona göstərilən ehtiram və etibarın səbəbini yenə Sokratın cümləsi ilə şərh edir: “İnsanlar onlardan qaçanlara daha çox meyl edərlər.”
Nizami Gəncəvi beş böyük məsnəvisindən birincisini – “Məxzənül-əsrar”ı 1160-cı ildə yazıb. O zaman şair 20 yaşında olub. “Məxzən” onun ilk əsəri deyildir. O vaxtlarda şair sufiyanə qəsidələri, qəzəlləri və başqa şeirləri ilə artıq yaxşı tanınan bir sənətkar idi. Son böyük əsəri olan “İskəndərnamə”ni 1201-ci ildə yazıb. Bu tarixdən dörd və ya beş il sonra təsvir etdiyi bütün qəhrəmanları kimi o da kədərli bir aqibətə uğrayıb. İskəndərin və onun ətrafındakı yunan filosoflarının ölümünü bir-bir təsvir edən şair öz ölümünü də təsəvvür edib və: “Onlar yuxuya getdikləri kimi Nizami də yatdı”, – deyibdir. Bu tarixi insanımız 63 ilə yaxın ömrünün yarım əsrlik bir qismini sənət, hikmət və insanları düz yola sövq etməyə sərf edib. Nəhayət, öz sözləri ilə desək, 1204-cü ildə o, “müvəqqəti qəlbini tərk edərək əbədiyyətə qovuşub”.
Beləliklə, dünyanın ölməzləri sırasına girən Nizami, həyatında arzu etdiyi kimi, ömrünün sonuna qədər özünə sadiq qalan şəxsiyyəti ürfan əhlinin mənəvi ziyarətgahı olub.
Nizami Gəncəvi haqqında söhbət düşərkən ümummilli lider Heydər Əliyevin sözlərini xatırlayıram: “Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər”.

Azərbaycan zaman-zaman dünyaya söz sənəti xəzinəsini nadir incilərlə zənginləşdirən böyük sənətkarlar bəxş etmişdir. Bunların sırasında Nizami Gəncəvi yaradıcılığı möhtəşəmliyi, müdrikliyi və həyatiliyi ilə seçilir. Bəli, Nizami o şairlərdəndir ki, dərin fəlsəfi məzmunu yüksək poetik dillə, aydın, anlaşıqlı bir tərzdə öz oxucularına çatdıra bilmişdir. Elə bu səbəbdəndir ki, yazıldıqları dövrdən 800 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, onun əsərləri öz bədii dəyərini bu gün də saxlayır.

Аzәrbaycan şairi vә filosofu Nizami Gəncəvi (1141-1209) Gәncә şәhәrindә sәnәtkar ailәsindә doğulmuş, mükәmmәl tәhsil almış, yunan fәlsәfәsini vә Şәrq әsatirlәrini dәrindәn öyrәnmişdir.Yaradıcılığa lirik şair kimi başlayan şair böyük epik poemalarla bәrabәr altı qəsidə, yüz on altı qəzəl, otuz rübai yazmışdır. Bu qәzәl vә qәsidәlәr incә lirizmi, dәrin mәna çalarları, yüksәk bәdii cәhәtlәri vә sәnәtkarlıq хüsusiyyәtlәri ilә seçilir. Dünya әdәbiyyatında isә Nizami, әsasәn, mәsnәvi formasında yazdığı “Хәmsә” adlı beşliklә məşhurlaşmışdır. Buraya daxil olan ilk əsər “Sirlәr хәzinәsi” adlanır. 37 yaşında bitirdiyi bu poemada humanist mәzmunlu, mәnalı vә ibrәtamiz әhvalatlar qәlәmә alınmışdır. Nizami әbәdi dәyәrlәri – әdalәti, хeyirхahlığı, mәrhәmәti, zәhmәti, sevgini tәrәnnüm edir vә belә bir nәticәyә gәlir ki, hәyatda, son nәticәdә, haqq vә әdalәt prinsiplәri qalib gәlir. Bütün bu humanist mәzmunlu mәnzum hekayәlәrin, әlbәttә, şahlara vә hakim qüvvәlәrә müәyyәn tәsiri olmuş vә belәliklә, Nizaminin Yaхın Şәrq ölkәlәrindә haradasa hәmin müsbәt prinsiplәrin hәyatda tәtbiq edilməsində müəyyən rolu olmuşdur.
Nizaminin ikinci böyük əsəri “Хosrov vә Şirin” poemasıdır. Bu əsəri bitirdiyi ildә Аzәrbaycanda vә İranda hökmranlıq edәn Atabəylər dövlətinin hökmdarı Qızıl Аrslan şairin görüşünә gәlib şairlə хeyli söhbәtdәn sonra ayrılarkәn ona “Həmdünya” adlı kәnd bağışlayır. Şair dә bundan ruhlanıb Şirvanşah Ахsitandan aldığı sifarişlә “Leyli vә Мәcnun” poemasını yaradır.
Nizami Gәncәvinin şah әsәri, heç şübhәsiz ki, “İqbalnamә” vә “Şәrәfnamә” adlı iki hissәdәn ibarәt olan “İsgәndәrnamә” poemasıdır. Аdından göründüyü kimi, әsәrdə Мakedoniyalı İsgәndәrin әmәllәrindәn vә şәrәflәndirilmәsindәn danışılır. “Şәrәfnamә”dә İsgәndәrin apardığı müharibәlәrdәn, “İqbalnamә” dә isә ictimai-siyasi, fәlsәfi mәsәlәlәrdәn bəhs olunur. İnsanlarda, хüsusilә dövlәt başçılarında daim müsbәt keyfiyyətlər görmәk istәyәn şair, heç şübhәsiz ki, İsgәndәri dünya tariхinin әn ideal şәхsiyyәti kimi yaratmaya bilmәzdi. Nizaminin qәhrәmanı bütün tərəfləri ilə ideal bir qәhrәman obrazıdır. O, dünyanı yalnız bәşәriyyәtin хoşbәхtliyi naminə fәth edir. Demәk olar ki, öz hәrbi qüdrәti ilә dünyanın böyük hökmdarlarına qalib gәlәn İsgәndәr әsәrdә hәm dә dünyanın әn müdrik bir mütәfәkkiri kimi tәsvir edilir, eyni zamanda әdalәtli bir hökmdar kimi idealizә olunur. İsgәndәr Nizaminin arzuladığı adil hökmdar tipinə uyğun gәlәn әn münasib bir tarixi şәхsiyyәt idi. Әsәrdә çoх maraqlı, dәrinmәnalı mübahisә, söhbət vә mülahizәlәr var. Bu isə Nizami Gәncәvini dünyanın böyük mütəfəkkirləri sırasına daхil etmәyә әsas verir. Әsərdən mәlum olur ki, şair qәdim yunan tarixi, fәlsәfәsi vә elmi ilә mükәmmәl tanış olmuşdur. Bunun özü o dövr üçün qeyri-adi hadisә idi.

Nizami Gəncəvi Gəncə şəhərində mədrəsə təhsili almışdır, lakin o, dövrünün bir sıra elm sahələrinə (fəlsəfə, tibb, həndəsə, astronomiya və sair) dərindən bələd olmuşdur. Bunlarla yanaşı, dünya mədəniyyəti, yunan, ərəb, fars mədəniyyəti, Qafqaz xalqlarının tarixi ilə maraqlanmış, onların folklorunu öyrənmişdir. Nizami ana dilindən başqa ərəb və fars dillərini mükəmməl bilmiş və bir sıra dillərə yaxından bələd olmuşdur. O bunlara müstəqil mütaliə yolu ilə nail olmuşdur. Müstəqil mütaliə şairin dərin, hərtərəfli bilik qazanmasına imkan vermişdir. Söz dünyasının Günəşi olan Nizami bədii fikir tarixini insanın səadəti, mənəvi yüksəklik, mənalı ömür, azad və ədalətli cəmiyyət və sair kimi əhəmiyyətini heç vaxt itirməyən ölməz ideyalarla zənginləşdirmişdir. Nizami sənəti özünün humanist ruhu, xalqın arzu və istəklərinin aydın, təsirli ifadəsi ilə seçilir. Buna görədir ki, bu zəngin irs bütün dövrlərdə müasir səslənmiş, təqdir olunaraq izlənilmişdir. Şair “Sirlər xəzinəsi” poemasında belə bir fikir yürüdür ki, elmin, mədəniyyətin, ədəbiyyatın inkişafında dəmir bir qanunauyğunluq var. Nizami özündən əvvəlkilərlə müqayisədə şeiri elə bir əlçatmaz yüksəkliyə qaldırmışdır ki, sonradan gələn şairlər artıq ondan yüksəyə qalxmaq xülyasına düşməmiş, onun yolu ilə getməyi, ona bənzəməyi, onun şagirdi olmağı özləri üçün fəxarət saymışlar. Nizami mövzularında əsərlər yazmaq, ondan mənalar iqtibas etmək artıq bir ənənəyə çevrilmişdi. Şairin oxucunu həyata, insanlığa qarşı məhəbbət ruhunda tərbiyələndirən ölməz əsərləri bu gün də gözəllikləri, ülviyyəti dərk etməyə çağırır, ağlın qüdrətinə, haqqın, ictimai xeyirin qələbəsinə inam hissləri oyadır. Nizami zəmanəsinin hökmdarları şairi öz saraylarına gətirmək istəmiş, bu məqsədlə ona qiymətli hədiyyələr göndərmişlər. Lakin şair şahların saraya gəlmək təkliflərindən inadla boyun qaçırmış, ömrünün sonuna qədər Gəncədən kənara çıxmamış, heç kimin himayəsinə sığınmamışdır. Dahi şair öz poemalarında müasirlərinə olan münasibəti, doğma Vətəninə, xalqına məhəbbəti, gəncliyə qayğısı və sair haqqında da aydın məlumat verir. Nizaminin əsərləri, eyni zamanda onun saf, təmiz mənəviyyatı, xeyirxah təbiəti, bəşəri arzuları və pak niyyəti haqqında da aydın təsəvvür yaradır.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dahi şairin 110 illik yubileyi münasibətilə “2021-ci ilin Nizami Gəncəvi ili” elan edilməsi haqqında” 2021-ci il 5 yanvar tarixdə Sərəncam imzalamışdır. Dövlətimizin başçısı Nizami irsinə yüksək qiymət verərək demişdir: “Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur…”

Murad Məhəmmədli Asif
Nəsimi rayon sakini

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90