image-2000x150
image-5backend

“Müstəqilliyin əldə olunması nə qədər çətin idisə, onun saxlanılması, daimi, yəni əbədi olması bundan da çətindir.”

image-728x90

 Dünyanın inkişaf etmiş dövlətlərinin tarixi təcrübəsi də sübut edir ki, hər bir xalqın, millətin tərəqqisində onun siyasi liderləri mühüm rol oynayır. Yəni, tarixi proseslərdə şəxsiyyətlərin xidmətləri böyük əhəmiyyət kəsb edir və buna görə də “Şəxsiyyətlər tarix  yaradır” ifadəsi  əbəs yerə deyilmir.
Tarix 20-ci əsrdə Azərbaycan xalqına Heydər Əliyevin timsalında, doğrudan da, dahi bir rəhbər və müdrik dövlət xadimini bəxş etdi. Ölkəmiz 1991-ci ildə yenidən müstəqilliyini bərpa edəndə Azərbaycanda, sözün həqiqi mənasında, belə güclü liderə ehtiyac yaranmışdı. Gənc müstəqil dövləti daxili və xarici qüvvələrin təhdidlərindən qorumaq və qısa vaxtda dövlətçiliyin dayaqlarını möhkəmləndirmək üçün xalqımız 1993-cü ildə haqlı olaraq müdrik dövlət xadiminə üz tutdu və onun timsalında həqiqi xilaskarını tapdı. Ulu öndər Heydər Əliyev mövcud reallığı nəzərə alaraq, xalqımızın itməmiş, lakin zəiflədilmiş dəyərlərinin canlandırılması üçün ömrü boyu çalışmış, hətta kommunist rejiminin çətin şəraiti də onu bu yoldan çəkindirə bilməmişdir. Xalqların milli-mənəvi dəyərlərinin zəiflədilərək ümumi “kommunist dəyərlər” sisteminin aşılandığı bir dövrdə Heydər Əliyev xalqımızın zamanın sınaqlarından çıxmış üstün milli-mənəvi dəyərlərinin saxlanılması üçün yorulmadan çalışaraq buna müvəffəq olmuşdur.

Müstəqilliyin yenicə bərpa edilməsindən qısa müddət sonra xalqımız onu yenidən itirmək təhlükəsi ilə üz-üzə qaldı. Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə ilə yanaşı, o zamankı dövlət rəhbərliyinin səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr və vətəndaş qarşıdurması müstəqilliyin itirilməsi təhlükəsini yaradırdı. Məhz belə bir şəraitdə ölkənin müdrik bir xilaskara ehtiyacı vardı  və xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra müstəqilliyi qoruyub inkişaf etdirmək mümkün oldu.  Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi.

Bu gün ölkəmiz dinamik inkişaf yolundadır – Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyev Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi istiqamətində uğurlu islahatlar həyata keçirir. Hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil Azərbaycan bir dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Ölkə başçısının siyasi iradəsi nəticəsində daha da güclənən və sosial dövlətə çevrilən Azərbaycanda insanlar rifah içində yaşayır və onların rahat yaşaması üçün hər cür şərait və imkanlar mövcuddur.

Aidə Məhərrəmova.Yap üzvü.ADPU

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90