image-2000x150
image-4backend

Mingəçevir Qafqazın enerji mərkəzinə çevrilir

image-728x90

Müasir dövrümüzdə məhz enerji təhlükəsizliyi dünya ölkələrinin qarşısında duran ən vacib məsələlərdən biri olduğu üçün,Azərbaycanın da Avropanın enerji təhlükəsizliyində rolu getdikcə önə çəkilir. O cümlədən Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının tikintisinə başlanması dövlətimizin bu istiqamətdə fəaliyyətini daha da genişləndirmək qərarından xəbər verir.
İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı bildirib ki, “Ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq.2025-ci ildə Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı olacaq.”
Məlumdur ki, Mingəçevir hazırda elektroenergetika sahəsində Azərbaycanın əsas şəhəridir və burada fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkənin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, Mingəçevirin təkcə Azərbaycanın deyil, ümumilikdə Qafqazın enerji mərkəzinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri nəticəsində mümkün olmuşdur. 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun açılışı da 1981-ci ildə məhz Ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı ilə baş tutmuşdur. Təbii ki, 40 ilə yaxın müddət işlədikdən sonra stansiyanın infrastrukturu köhnəlmişdir.
Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanı bir daha bəlli oldu. O vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini, o cümlədən Mingəçevir Elektrik Stansiyasını da uzaqmənzilli raketlərlə atəşə tutmuşdu.
Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi”.
Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək.
Yeni elektrik stansiyasının Azərbaycanın enerji təhlükəsizliyinə növbəti töhfə olacağını qeyd edən dövlət başçısı deyib: “Yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin”.
Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.
İllər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi və mənim göstərişimlə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlayıb.
Qısa müddət ərzində artıq 8 blokun tamamilə yenidən qurulduğunu və istifadəyə verildiyini diqqətə çatdıran dövlət başçısı deyib: “Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Onu da bildirməliyəm ki, bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu da özlüyündə yeni bir böyük stansiyanın tikintisi deməkdir”.

Hüseynli Nərmin/YAP-ın üzvü

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90