image-2000x150
image-1backend

Milli maraqlar və müstəqillik Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin mütləq prioritetləri olmuşdur

image-728x90

1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.

İlkin olaraqdeyə bilərik ki, Azərbaycan Respublikasının bölgə ölkələri və beynəlxalq aləmlə münasibətləri, ümumən müstəqil siyasəti çoxşaxəli xarakter daşıyır. Və bu xarakterin əsas əlaməti milli maraqların mütləq prioritet olmasıdır.
Öz dövlət müstəqilliyini 30 il öncə bərpa etmiş respublikamız beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu işbirliyini təbliğ, təşviq və özünəxas şəkildə təmsil edir.

Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Ümummilli Lider adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Ulu Öndər Heydər Əliyevölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. Xalqımız onu müstəqilliyin ilk illərində qarşıya çıxan çətin problemlərin həlli, xilaskarlıq missiyası kimi görürdü.

Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir

Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edən Milli Prioritetlərdə Azərbaycan dövlətinin siyasətinin mərkəzində daim vətəndaşın maraqları dayandığı əsas götürülür.

Peşəkar siyasətçi və dövlət xadimi olan Heydər Əliyevin siyasi irsi daim öyrənilməli və təşviq olunmalıdır. O, 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Sovet Sosialist Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə ən son yerlərdən birini tuturdu.

Ulu Öndərin xidməti sayəsində 1982-ci ildə artıq Azərbaycan öncül yerlərdən birini tuturdu. Keçmiş SSRİ-də iki donor respublikanın biri Azərbaycan idi. Qısa zaman kəsiyində respublika sənaye, kənd təsərrüfatında və digər sahələrdə böyük nailiyyətlər qazandı. Ulu Öndərin siyasətində dövlətin maraqları və müstəqillik əldə etməsi istəyi hər zaman mütləq prioritet kimi çıxış edib. Onun müstəqilliklə bağlı qətiyyətli addımları xalq tərəfindən həmişə yüksək qiymətləndirilib və hər zaman dəstəklənmişdir.

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin son 17 illlik prezidentlik fəaliyyəti müdddətində güclü, davamlı və dayanaqlı iqtisadiyyata, güclü orduya, xalqı öz ətrafında birləşdirməyə, dünyada beynəlxalq tərəfdaşlığa nail olunub. Bu İkinci Vətən Müharibəsində bir daha sübut olundu və Azərbaycan bütün sahələrdə bundan sonra da lider dövlət olaraq uğurlara nail olacaq.

 

Abdullayeva Günay Ceyhun

Azərbaycan Dövlət Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90