image-2000x150
image-bez-nazvaniyabackend

İran televiziyası futbol şərhçisinə türkcə danışmağa icazə vermədi

image-728x90
İran Premyer Liqasının 19-cu turu çərçivəsində Təbrizin “Traxtur” klubu ilə Tehranın “Həvadar” komandasının qarşılaşması zamanı güneyli idman müxbirinin türkcə danışmasına icazə verilməyib.
Ulusal.az xəbər verir ki, bunu tanınmış Güney azərbaycanlı futbol yarışlarının aparıcısı və şərhçisi Məhəmməd Rəcəbi deyib.
“Zəlzələ ilə bağlı yaranmış acınacaqlı şəraitə görə bir neçə kəlmə türkcə danışmaq istəsəm də, buna icazə verilmədi. İndi fasilədən istifadə edib sizinlə türkcə danışıram.
Qəhrəman milətimizə demək istəyirəm ki, əl-ələ verib zəlzələdə dağılan evlərimizi yenidən tikəcəyik”, -deyə, Rəcəbi bildirib.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90