image-2000x150
image-9861253f-e10a-4c7e-9cbd-7356be613d08backend

İnkişaf yolunda atılan addımlar

image-728x90

Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Milli Məclisin iclasında bir çox mövzulara toxunulmuşdur. Onlardan biridə məhz dövlətimizin, vətənimizin gələcəyi olan gənclər ilə bağlıdır.

Məhz elə bu mənada Azərbaycanda Gənclər siyasəti barəsinda danışıqlar aparılmışdır.

Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Prezident İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Həqiqətən də, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, üstəlik, gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir. Bu faktor isə müstəqilliyini 1991-ci ildə bərpa edən bir respublika üçün mürəkkəb geosiyasi proseslərin getdiyi dövrdə çox əhəmiyyətli sayılır.

Azərbaycan Respublikası Prezidentinin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda isə gəncliyin inkişafı dövlətin sosial siyasətinin vacib tərkib hissələrindən biri olması, gənclər siyasəti gənclərin dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər kompleklərinin artması, dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin ölkənin yeni inkişaf imkanları Azərbaycanda gənclər siyasətinin yeni strategiyasının hazırlanmasını və qəbulunu qeyd edilən zaman dövründə həyata keçirilməsi nəzərdə tutulur.

Bəli bu gündə Azərbaycan gəncliyinin inkişafı üçün addımlar atılır və irəli gedilir.

Günü-gündən inkişaf edən Azərbaycan gəncliyi bizim bu günümüz və sabahımızdır.

Özləm Əliyeva

Nəsimi rayon sakini

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90