image-2000x150
image-3backend

DAŞKƏSƏNDƏ ŞƏHİDLƏR XİYABANINDA XX ƏSRİN FACİƏSİ XOCALI SOYQIRIMININ 31-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB

image-728x90
Fevralın 26-da Xocalı faciəsinin 31-ci ildönümünü günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri Daşkəsən rayon Şəhidlər Xiyabanını ziyarət ediblər, Şəhidlərin məzarlarına tər güllər düzüblər.
İcra başçısı Əhəd Abıyev deyib: “Hər il olduğu kimi xalqımız böyük ehtiramla qeyd etdiyi XX əsrin faciəsi – Xocalı soyqırımının anım günü Azərbaycan xalqının milli birliyinin rəmzinə çevrilib. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərlə erməni düşmənlərindən bütün şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qisası almışdır. Bu gün biz Xocalı faciəsində həlak olmuş həmvətənlərimizin əziz xatirəsini alnıaçıq, başıuca yad edirik. Tezliklə Xocalı sakinləri də öz doğma şəhərlərinə qayıdacaqlar”.
Anım tədbirində icra başçısı Əhəd Abıyev rayonun şəhid ailələri, Qarabağ müharibəsi qaziləri və veteranlarla görüşüb, həmçinin onların qayğıları ilə maraqlanıb, müraciətlərini dinləyib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini
image-1 image-2 image-3 image-4 image-5 image-6
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90