image-2000x150
image-2backend

Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır  

image-728x90

Bildiyimiz kimi son günlərdə dünyanın gündəmini qardaş ölkə Türkiyədə baş verən zəlzələ zəbt edib. Fevral ayının 6-sı səhər saatlarında bakı saatı ilə 05:17-də Türkiyəni əsrin fəlakəti adlandırılan Kahramanmaraşda olan iki böyük zəlzələ sarsıdıb. Birincisi 7,7, ikincisi isə 7,6 bal gücündə olan zəlzələ; Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub. Axtarış-xilasetmə işlərinin 5-ci günündə 10 vilayətdə ümumi can itkisi 19388-ə yüksəlib. Yaralıların sayının 77 min 711, dağılan binaların sayının isə 6 min 444 olduğu açıqlanıb. Dağıntılar altında qalan insanların sayı ilə bağlı hələlik heç bir açıqlama verilməyib. Lakin bu rəqəmlər hər saat dəyişir.

Minlərlə insanın dağıntılar altında qaldığı,evlərinin onların “məzarına”çevrildiyi zəlzələdə xilasetmə işləri dayanmadan davam edir.

Zəlzələ baş verən gündən Türkiyədə məktəblər ikinci bir qərara kimi tətil edildi. Eyni zamanda 3 ay müddətində fövqəladə hal elan edildi.

Zəlzələdən zərər çəkmiş bölgə Türkiyədə bir çox ölkələrdən daha geniş coğrafiyadır.5,5 milyonluq bir bölgədir.Həm coğrafiya, həm əhali sıxlığı, həm də genişlik Türkiyənin tək başına bu çətin vəziyyətdən çıxmağına şərait yaratmır.Yəni Türkiyə o fəlakətdən çıxa bilmir.Bu hadisəni 4-cü dərəcəli fəlakət elan etmək onsuz da beynəlxalq yardım istəmək deməkdir. Qardaş ölkəyə yardım göndərən ilk ölkə də elə məhz Azərbaycan olmuşdur. Azərbaycan xalqı və bütün dövlət qurumları bütün gücü ilə Türkiyəyə dəstək olur.

Azərbaycanda xeyriyyəçilərin, türk və azərbaycanlı iş adamlarının dəstəyi ilə başlayan “Türkiyə Əsri Birlik və Dayanışma Platforması Azərbaycan” yardım kampaniyası çərçivəsində Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplanması davam edir. Kampaniyaneşidən vətəndaşlar yardım toplama məntəqəsinə gedərək zəlzələdən zərər çəkmiş insanların ehtiyaclarını ödəyə biləcək ədyal, yorğan, qızdırıcı, paltar, ayaqqabı və.s ləvazimatları çatdırdılar.

Episentri Kahramanmaraşın Pazarcık rayonu olan və Türkiyənin bir çox vilayətində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Azərbaycanda başlayan yardım kampaniyaları davam edir. “Qardaş Yardımı” dəstək platforması zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə dövlət, özəl qurumlar, Türkiyə və Azərbaycan iş adamları tərəfindən yaradılıb. Yardım platforması çərçivəsində indiyədək Türkiyəyə bir neçə TIR yardım göndərilib.

Bununla yanaşı ilk saatlardan Azərbaycandan axtarış əməliyyat işlərinə 725 xilasedici və tibb işçiləri göndərildi.

Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələ, təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatının olması Azərbaycan xalqını dərindən üzmüşdür. Azərbaycanın “Bir millət, iki dövlət” prinsipindən çıxış edən rəsmi qurumları, o cümlədən ictimaiyyət təmsilçiləri qardaş Türkiyəyə dəstəklərini bu və ya digər şəkildə açıqlayırlar.

Hazırda vəziyyətin son dərəcədə ağır olduğunu, qardaş türk xalqıyla həmrəyliyin vacibliyini nəzərə alaraq Azərbaycan Sahibkarlar Konfederasiyası, MÜSİAD Azərbaycan, ATİB, TUİB, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Azərbaycan Əczaçılar Klubu, Gəncliyə Yardım Fondu, Müasir İnkişaf Birliyi, KOBSKA, Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyinin yetkililəri ilə birlikdə MÜSİAD Azərbaycan ofisində, dəstəkçi təşkilat olan KOBİA-nın təmsilçisinin də qatılmasıyla “Qardaş Köməyi ” platforması təsis edib.

“Qardaş Köməyi” Platforması zəlzələdən zərər çəkənlərə yardım etmək üçün Azərbaycan və Türkiyənin aidiyyatı dövlət qurumları ilə birgə koordinasiyalı fəaliyyətin həyata keçirilməsini razılaşdırb.

08 fevral 2023-cü il tarixdə Platformanın geniş toplantısının keçirilməsi, yardım üçün görüləcək işlərlə bağlı geniş açıqlama verməsi razılaşdırılıb.

Platforma üzvləri zəlzələdən zərərçəkən insanlara pul dəstəyi göstərmək istəyən insanlara “SƏNİNLƏYƏM-TÜRKİYƏM!” adlı yardım kampaniyasına qoşulmağa çağırıb. Belə həssas məqamlarda sui-istifadə hallarının qarşısının alınması, o cümlədən pərakəndəliyə yol verməmək üçün aşağıda məlumatları elan olunan yardım kampaniyasına həm fiziki, həm də hüquqi şəxslərin qoşulması lazımdır.

Nəhayət, Azərbaycan xalqının Kahramanmaraşda zəlzələ qurbanları üçün topladığı humanitar yardım materiallarını daşıyan və Bakıdan yola düşən 12 yük maşını Türkiyəyə daxil olub.

Türkiyədə zəlzələdən zərərçəkənlərə kömək etmək üçün Azərbaycandan yola düşən 12 yük maşını axşam saatlarında Bitlisin Adilcevaz rayonundan keçərək zəlzələ bölgəsinə gedib.

Bölgədən sözügedən karvandakı vasitələrin qarşısında Türkiyə və Azərbaycan bayraqları diqqət çəkib. Bunlar da qardaş ölkə xalqını motivasiya edir. Zəlzələ qurbanlarından sağ qalanlara səbr,həlak olanlara isə Allahdan rəhmət diləyirik.

Nəsimi rayon sakini Hüseynli Billurə

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90