image-2000x150
image-2backend

Bu gün biz soyuq müharibənin bitməsindən, sonra bu günədək baş vermiş bəlkə də an ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq

image-728x90

On ildir ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Beynəlxalq Mərkəz qlobal problemlərə dair müzakirələrin təşkilatçısına çevrilib. Qlobal Bakı Forumunda bəşəriyyəti narahat edən məsələlərlə bağlı ideyalar mübadilə olunur. Bu il də Forumun mövzusu olduqca vacib və aktualdır – “Yeni dünya: Çağırışlar və ümidlər”. Müzakirələrdən aydın olur ki, dünyanın nüfuzlu siyasətçiləri yeni ümidlər yaratmaq, gələcəyə baxmaq istəyirlər. Bakı platformasında həm də mövcud yanlış və doğru addımlar təhlil edilir, daha müqavimətli şəkildə irəliyə getməyin yolları axtarılır.
Qlobal dünya nizamına təhdidlər fonunda siyasi, iqtisadi, humanitar və digər məsələlər dünyanın nüfuzlu diplomatları, iqtisadçıları və digər sahələrin mütəxəssisləri ilə birgə nəzərdən keçirilir.
Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH-ninyaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım hesab edilir. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulmuşdur. Təşkilata üzv olan hər bir dövlət təşkilatın prinsiplərinə bağlılığını bildirməlidir. “Bandunq prinsipləri” aşağıdakılardır:

1. BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etmək;
2. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək;
3. Sayından asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq;
4. Digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək;
5. BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək;
6. Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək;
7. Digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək;
8. BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək;
9. Qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək;
10. Ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək. Qoşulmama Hərəkatının daimi mənzil qərargahı yoxdur. Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və qurumdaxiliəlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə QH öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir. QH-yə üzv olmaq istəyən dövlət Hərəkatın fundamental prinsiplərinə sadiqliyini ifadə etməli və Qoşulmama Hərəkatının Sədrinə yazılı müraciət etməlidir. Üzvlüklə bağlı qərar konsensus yolu ilə qəbul edilir. Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunmuşdur.23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilmişdir. Qətnaməyə ümumilikdə 133 dövlət həm-müəlliflik etmişdir ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir.
18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib.
4-5 oktyabr 2021-ci il tarixlərində Qoşulmama Hərəkatının Azərbaycan sədrliyinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv dövlətləri təmsil edən 100-dən çox gəncin iştirakı ilə QH Gənclər Şəbəkəsinin virtual təsis iclası keçirilmişdir. 2 gün davam edən təsis iclasının nəticəsi kimi Gənclər Şəbəkəsi üzvləri tərəfindən tövsiyələr məktubu hazırlanaraq 11-12 oktyabr 2021-ci il tarixində Belqradda keçirilmiş Qoşulmama Hərəkatının 60-cı ildönümünə həsr olunmuş yubiley tədbirində iştirak edən Hərəkat üzv dövlətlərinin yüksək səviyyəli hökumət rəsmilərinə təqdim edilmişdir.
26 noyabr 2021-ci il tarixində Qoşulmama Hərəkatının Azərbaycan sədrliyinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının Parlamentarilər Şəbəkəsinin təsis iclası keçirilmişdir. Qoşulmama Hərəkatının Bakı şəhərində keçirilmiş XVIII Zirvə Görüşü zamanı üzv dövlətlərin dövlət və hökumət başçıları tərəfindən Hərəkatın prinsip, ideya və məqsədlərinin həyata keçirilməsindəparlamentarilərin konstruktiv rolunu nəzərə alınaraq QH üzv dövlətlərinin parlamentləri arasında əlaqələrin dərinləşdirilməsinə qərar verilmişdir.
11-12 oktyabr 2021-ci il tarixlərində Belqradda Qoşulmama Hərəkatının təsis edilməsinin 60-cı ildönümü münasibətilə yüksək səviyyəli yubiley tədbiri keçirilmişdir. Tədbirdə 100-dən artıq nümayəndə heyəti, o cümlədən 6 dövlət və ya hökumət başçısı, QH üzv və müşahidəçi dövlətlərinin, o cümlədən xüsusi qonaq qismində dəvət olunmuş dövlətlərin 50-dən artıq xarici işlər naziri, BMT Baş Assambleyasının sədri və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi daxil olmaqla beynəlxalq təşkilatların rəhbər şəxsləri geniş şəkildə iştirak etmiş, BMT Baş Katibi tərəfindən video-müraciət ünvanlanmışdır. 21 sentyabr 2022-ci il tarixində NyuYorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Qoşulmama Hərəkatının nazirlər görüşü keçirilib. Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçirilmiş iclasda Qoşulmama Hərəkatına üzv dövlətlərin 50-yə yaxın xarici işlər nazirləri, habelə nazir müavinləri və BMT yanında daimi nümayəndələri iştirak ediblər. Post-pandemiya dövründə qlobal vəziyyət və Qoşulmama Hərəkatının vəzifələri mövzusuna həsr edilmiş sözügedən iclasda bəyanatla çıxış edən nazir Ceyhun Bayramov, Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi çərçivəsində görülən işlər, təşəbbüslər və gələcək planlar barədə məlumat verib. Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə pandemiya üzrə Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə Görüşünün, Madriddə təsis edilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, eləcə də Gənclər Təşkilatının təsis edilməsinin tarixi əhəmiyyəti diqqətə çatdırılıb. Şuşa Akkordu ilə Hərəkatın Gənclər Təşkilatının loqo və bayrağının təsdiq edildiyi qeyd olunub.

Rafiq Süleymanlı Namiq, Azərbaycan Dövlət Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90