image-2000x150
image-2backend

Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir      

image-728x90

Hər bir millətin tarixində və taleyində böyük şəxsiyyətlər, dahilər və öndərlər olur; onu haqq yoluna yönəldir, nicat, qurtuluş yolunu göstərir, bu yolla gedir, arxasınca mənsub olduğu xalqı aparır. Belə mütəşəkkillik olanda, toplunun inamı bir şəxsdə birləşib həmrəylik yarananda xalq millət ola bilir. Onun dövləti də, şöhrəti də, ordusu da olur. Belə böyük şəxsiyyət yetişdirməyən xalq millət ola bilmir, yəni onun nə dövləti olur, nə də şöhrəti, torpağı da yağı ordusunun tapdağı altında qalır.

Dünyanın inkişaf etmiş dövlətlərinin tarixi təcrübəsi də sübut edir ki, hər bir xalqın, millətin tərəqqisində onun siyasi liderləri mühüm rol oynayır. Yəni tarixi prosesdə şəxsiyyətlərin xidmətləri böyük əhəmiyyət kəsb edir və buna görə də “şəxsiyyətlər tarix yaradır” ifadəsi əbəs yerə deyilmir. Tarix XX əsrdə Azərbaycan xalqına Heydər Əliyevin timsalında doğrudan da, dahi bir rəhbər və müdrik dövlət xadimi bəxş etdi. Ölkəmiz 1991-ci ildə yenidən müstəqilliyini bərpa edəndə, Azərbaycanda belə güclü liderə ehtiyac yaranmışdı. Gənc müstəqil dövləti daxili və xarici qüvvələrin təhdidlərindən qorumaq və qısa vaxtda dövlətçiliyin dayaqlarını möhkəmləndirmək üçün xalqımız 1993-cü ildə haqlı olaraq müdrik dövlət xadiminə üz tutdu və həqiqi xilas tapdı.

Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusudur. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasını “ömrünün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti v sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras qalmış rejimlə zidd olan demokratik hüquqi dövlət yaratmağı bacardı. Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi. Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək, gələcək inkişafa hesablanmış neçə-neçə layihənin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu.

Müstəqil dövlətin yaradılması üçün müstəqil iqtisadiyyatın qurulması və kadr hazırlığı kifayət deyil. Bunun üçün milli şüuru oyatmaq lazımdır. Ötən əsrin 70-ci illərindən başlanan milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə zəmin yaratmışdır. Azərbaycan dilinin dövlət dili kimi təsdiq olunması, milli dəyərlərimizin və adət-ənənələrimizin qorunub yaşadılması, tarixi-mədəni irsimizə göstərilən qayğı, soykökümüzə sahiblik milli özünüdərkə səbəb olmuş, milli şüurda dəyişikliklər yaratmışdır.

Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi yazılan 15 iyun tarixi müstəqilliyimizin və dövlətçiliyimizin xilası gününə çevrilmişdir. Məhz Heydər Əliyev dühasının ikinci dəfə hakimiyyətə qayıdışından sonra ulu öndərin böyük xidmətləri sahəsndə Azərbaycan iqtisadiyyatına nəfəs verəcək qlobal layihələrə imza atılmış, xarici neft şirkəti ilə “Əsrin müqaviləsi” imzalanmışdır. Qısa müddətdə ölkəmiz beynəlxalq təşkilatlarda layiqincə təmsil olunmağa başlamış, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edilmişdir. Bu dövrdə ordu quruculuğu sahəsində də mühüm tədbirlər həyata keçirilmiş, Azərbaycan ordusunun maddi-texniki bazası, dəfələrlə gücləndirilmiş, döyüş ruhu yüksəldilmiş, Silahlı Qüvvələrimiz dünyanın ən müasir silah-sursatları ilə təchiz olunmuşdur.

Böyük sınaqlardan çıxmış Heydər Əliyev kursunun nüvəsini, cövhərini milli dövlətçilik təlimi təşkil edir. Böyük dövlət xadimi Heydər Əliyevin uğrunda mübarizə apardığı, əməli fəaliyyəti isə əsas konturların müəyyən etdiyi milli dövlətçilik təliminin əsasında Azərbaycançılıq məfkurəsi dayanır. Heydər Əliyevə görə Azərbaycançılıq – müstəqil dövlətin daxilində ümumxalq həmrəyliyini təmin edən vahid Vətən idealının təcəssümüdür. Bütövlükdə Azərbaycançılıq – müstəqil bir dövlətin qurulub möhkəmləndirilməsi və inkişaf etdirilməsi fəlsəfəsini əks etdirir. Bu mənada Azərbaycançılıq Heydər Əliyev kursunun tac damarıdır, ana xəttidir. Müstəqil Azərbaycan isə böyük ideallara v universal zəkaya malik olan Heydər Əliyev dühasının şah əsəridir.

Müasir dünyada ölkəmiz Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının işığında və Prezident İlham Əliyevin böyük dövlət quruculuğu əzminin, yaradıcı təfəkkürünün real və məhtəşəm nəticələri əsasında ardıcııl olaraq davamlı şəkildə inkişaf edən bir dövlət kimi qəbul olunur. Davamlı və yaradıcı inkişaf prosesi Azərbaycanın yeni hədəfləri dəf etməsini təmin edir və daha böyük inkişafa yol açır.

 

Nəcəfova Bikə Əliyulla qızı

Nəsimi rayonu, T.Həsənov adına 23 nömrəli tam orta məktəb

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90