image-2000x150
image-1backend

Ağstafa RİH başçısı Seymur Orucov müvafiq qrafikə uyğun olaraqvətəndaşların növbəti səyyar qəbulunu Aşağı Kəsəmən kənd yaşayış məntəqəsində keçirib

image-728x90

Aşağı Kəsəmən kənd tam orta məktəb binasının akt zalında keçirilən qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri iştirak ediblər.

Qəbuldan əvvəlRİH başçısı çıxış edərək ölkəmizin inkişafının və tərəqqisinin əsasını təşkil edən Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasi xəttindən,sosial-iqtisadidayanıqlığından, hökm sürən ictimai-siyasi sabitlikdən və hərbi qüdrətindənbəhs edib.Həmçinin qeyd olunub ki, güclü zəlzələyə məruz qalmış qardaş Türkiyəyətəbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə dövlətimiz tərəfindənzəruri təxirəsalınmaz tədbirlərin icrası davam etdirilir, o cümlədənAğstafa RİH tərəfindənzəlzələ ərazisinə  5 ədəd modul tipli yaşayış konteynerigöndərilib,eyni zamandahumanitar yardım kampaniyalarında şəxsi təşəbbüsləri ilə iştirak edən Ağstafa sakinlərinin yüksək fəallığı da əsil qardaşlıq nümunəsidir. Ölkə rəhbərliyinin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq Ağstafanın inkişafı istiqamətindəicra olunan abadlıq-quruculuq və sosial infratsruktur layihələr də bir daha diqqətə çatdırılıb.

Qəbulda vətəndaşların müxtəlif məzmunlu təklif və müraciətləri qəbul olunaraq nəzarətə götürülüb. Qaldırılan hər bir məsələ ilə bağlı qanunamüvafiq izahatlar və həlli istiqamətində aidiyyəti üzrə konkret tapşırıqlar verilib.

Aşağı Kəsəmən kəndinin ağsaqqal və ziyalıları təbii fəlakətlə bağlı qardaş Türkiyəyə göndərilən yardımlara, eləcə də Ağstafa rayonuna göstərilən yüksək diqqət və qayğıya görə  Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90